"Neftçi" BK Avrokubokda ilk qələbəsini qazanıb
Bu gün kişi basketbol klublarının mübarizə apardığı FİBA Avropa Kuboku turnirinin seçmə qrup mərhələsində sayca ikinci olan tura start verilib. Ölkəmizi bu turnirdə təmsil edən və "İ" qrupunda yer alan "Neftçi" klubu hesabat turu da Estoniyanın "Kalve Cramo" klubunu qəbul edib. Bakı İdman Sarayında baş tutan görüşdə "Neftçi" qalib gəlib - 95:84 (16:20, 19:22, 32:19, 14:20, 14:3). Bu "Neftçi"min Avrokubokda ilk qələbəsi olub. Yeri gəlmişkən, matçın əsas hissəsi 81:81 hesabla bitib. Qalibi aşkar etmək üçün komandalar əlavə olaraq daha 5 dəqiqə oynayıblar. Əlavə vaxtda "Neftçi" 14:3 hesabla qalib gəlib.
Matçın ən məhsuldar oyunçusu isə 35 xalla Green.D ("Neftçi") olub. Qonaq komandanın heyətində isə 20 xalla Akif T fərqlənib. Hermet K isə 19 xalla yadda qalıb.
Sabah isə sözügedən turnirin eyni qrupunda yer alan daha bir təmsilçimiz - "Abşeron Lions" klubu Bakı İdman Sarayında Polşanın "Trefel Sopot" klubunu qəbul edəcək. Görüş saat 19:00-da başlanacaq.
İNTİQAM Məmmədov


