İslamiadada iştirak edəcək cüdo yığmamızın heyəti müəyyənləşib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyad şəhərində keçiriləcək 6-ci İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan cüdo yarışında ölkəmizi təmsil edəcək kişi və qadınlardan ibarət yığma komandalarımızın heyəti müəyyənləşib.
ACF-dən verilən məlumata görə, baş məşqçisi Riçard Trautman olan kişi komandanın heyətində Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsayev (100 kq) və Uşanqi Kokuari (+100 kq) yer alıb.
Baş məşqçi Amina Abdellatifin rəhbərliyi altında İslamiadaya qatılacaq qadın millimizin heyətində isə Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva ( hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Aqayeva, Aytac Qardaşxanlı ( hər ikisi 70 kq) və Günel Həsənli (+78 kq) yer alıb.
Ümumilikdə Azərbaycan 6-ci İslamiadada 12 cüdoçu (5 kişi, 7 qadın) ilə təmsil olunacaq.
Xatırladaq ki, 6-ci İslamiada 7-21 noyabr günlərində keçiriləcək.
İNTİQAM Məmmədov


