Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə növbəti ağacəkmə akasiyası keçirildi +FOTO=25

Oktyabrın 25-də növbəti ağacəkmə aksiyası Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun “ZƏFƏR” prospektində həyata keçirilib. Aksiyada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  icra hakimiyyəti aparatının kollektivi, Ağcabədi Yaşıllaşdırma və İşıqlandırma İdarəsi, Ağcabədi rayon Mərkəzi Xəstəxanası, Mənzil Kommunal Xidməti İstismarı İdarəsi, Ağcabədi Suvarma Sistemləri İdarəsi və digər idarə, müəssisə, təşkilat kollektivləri iştirak ediblər. İştirakçılar tərəfindən prospetikin yolkənarı ərazisində 900 – o cümlədən meyvə, həmişəyaşıl və meşə ağacları əkildikdən sonra sulanıb, onlara aqrotexniki qaydada qulluq edilib. Bundan əlavə rayon rəhbəri tərəfindən əvvəlki aksiyalarda bu ərazidə əkilən ağaclara da baxış keçirilib.  İştirakçılara ətraf mühitin qorunması, həmçinin ağaclara düzgün qulluq edilməsi ilə bağlı müəyyən tövsiyələr, tapşırıqlar verilib. 
Qeyd edək ki, rayon ərazisində  belə ağacəkmə aksiyalarının bundan sonra da həyata keçirilməsi nəzərdə tutulur. 

Gündüz SEVİNDİK

Best coffeeshop in Berlin