Boks üzrə U-15 millimizin 5 üzvü Avropa çempionatınin finalında
Montoneqronun Budva səhərində 15 yaşlı (U-15) yeniyetmələr arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı artıq finişə yaxınlaşıb. Oktyabrın 25-də çempionatda yarımfinal döyüşlərinə yekun vurulub və bununla da finalçılar müəyyənləşib.
ABF-dən verilən məlumata görə, yarımfinalda iştirak edən 8 bokscumuzdan 5-i uqurla çıxış edərək adlarını finalçılar sırasına yazdırıblar. Finala yüksələn beşliyimizdə Nurlan Museyibli (66 kq), Yusuf Ağakişiyev (75 kq), Mehman Rəsulov (80 kq), Nəsrin Abdullazadə (40 kq) və Xumar Cəfərli (75 kq) yer alıb.
Finala çıxışda büdrəyən Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkindən (90 kq) ibarət triomuz isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov


