Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə muşketyorlarımız Tbilisidə 4 medal qazanıblar 

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında qılıncoynatmanın sablya növü üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi "European CC Tbilisi-2025" beynəlxalq turnirə yekun vurulub. Turniri Azərbaycan musketyorları üçün uğurlu hesab etmək olar. Belə ki, Azərbaycan təmsilçiləri həm komanda, həm də fərdi yaşayışlarda uğurlu çıxış edərək 4 (1-2-1) medal qazanıblar. AQF-dan verilən məlumata görə, heyəti Züleyxa Sultanlı, Ayan Ağasiyeva və Cahan Sadıxova triosundan ibarət olan qızlar komandamız bütün görüşlərini qələbə ilə başa vuraraq birinci yeri tutub. Komandamız finalda ev sahibini üstələyib - 45:37.

Fərdi yarışlarda isə qızlardan Sultanlı gümüş, Ağasiyeva bürünc medal qazanıb.

Daha bir gümüs medal isə oğlanların fərdi yarışında ikinci yeri tutan Abbas Hüseynovun aktivinə yazılıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin