Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Karateçilərimiz Batumidə 2 medal qazanıblar

Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında karatenin kyokuşin üslubu üzrə yeniyetmələr arasında keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi beynəlxalq turnir başa çatıb. AKF-dən verilən məlumata görə, qurumun vitse-prezidenti Allahverdi Rüstəmov və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Anar Cəfərovun rəhbərliyi altında bu turnirə qatılan komandamız biri gümüş, digəri bürünc əyarlı olmaqla, iki medal qazanıb. Gümüş medal çıxışını ikinci yerdə başa vuran Kənan Həkimzadənin, bürünc isə Məhəmməd Əliyevin payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin