Təmsilçimiz Vladimir Litvinski Çin Qran-Prisində 6-cı olub
24-26 oktyabr günlərində Çin Xalq Respublikasının Congqing şəhərində firirlu konkisürmə üzə "Cup of China" adlı Qran-Pri keçirilib. Üç gün davam edən turnirdə Azərbaycan təmsilçisi də daxil olmaqla 12 idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycanı bu yarışda Vladimir Litvinski təmsil edib. Təmsilçimiz çıxışını 222,64 xalla 6-ci pillədə başa vurub.
İNTİQAM Məmmədov


