Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il movsumu üçün nəzərdə tutulan təqvim planına əsasən Respublika Trekində ilin son trek yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, 3 yaş qrupu (U-15, U-17 , U-23 və Elit kateqoriya) üzrə keçirilən bu yarışda 50 idmançı mübarizə aparıb. 

U-15 üzrə yarış iştirakçıları 14 km məsafəni qət ediblər. İlk üç yeri isə müvafiq ardıcıllıqla Timur Rəcəbov, İslam Əliyev və İsmayıl Xankişiyev tutub.

U-17-nin yarışında velosipedçilər 18 km məsafədə özlərini sınayıblar. Burada birinci yeri Nihad Xudiyev tutub. İkinci yerə Çingiz İsayevin çıxdığı bu yarışda ilk üçlüyü Cavid Baxşıyev tamamlayıb.

24  məsafəyə yürüş edən U-23 və Elif kateqoriyada isə Tural İsrafilov, Rəhim Naqiyev və Camal İbrahimzadə triosu fərqlənib.

Sonda mükafatçılar AVİF tərəfindən medal və diplomlarla təltif olunublar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin