Yeniyetmə şahmatçıların Avropa çempionatı başlayıb
Bu gün Batumidə (Gürcüstan) 8, 10, 12, 14, 16 və 18 yaşlı yeniyetmə uşaqlar (oğlan və qızlar) arasında şahmat üzrə Avropa çempionatına start verilib. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan çempionatda Azərbaycan da daxil olmaqla, 48 ölkəni təmsil edən 1169 yeniyetmə şahmatçı medallar uğrunda yarışacaq. AŞF-dən verilən məlumata görə, Azərbaycan çempionata 47 şahmatçı ilə qatılıb.
İNTİQAM Məmmədov


