Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"AZERRAİL" Avrokubokda  Çempionlar Liqası ilə vidalaşıb

Dünən kişi voleybol klublarının mübarizə apardığı Avrokubok yarışlarında Çempionlar Liqası turnirinin ilkin təsnifat mərhələsində cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "AZERRAİL" klubu Serbiyada yerli "Radnicki"nin qonağı olub. Görüş bir həftə öncə Bakıda keçirilən ilk oyunda olduğu kimi (0:3) yenə də Serbiya təmsilçisinin qələbəsi ilə bitib - 3:0 (25:23, 25:22, 25:19).

Bununla da Azərbaycan çempionu Çempionlar Liqası ilə erkən vidalaşıb. Qeyd edək ki, bu turnirlə vidalaşan çempionumuz Avrokubokdakı mübarizəsini CEV Kubokunun 1/32 finalından davam etdirəcək. Burada isə "AZERRAİL" klubu "Lyublyan" (Sloveniya) - "Orion Status" (Hollandiya) cütün qalibi ilə qarşılaşacaq.

Yeri gəlmişkən, bu gün kişilərdən ibarət klubların çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 2025/26-ci illər mövsümünün birinci turundan təxirə salınan "Gənclər" - "Xilasedici" görüşü keçiriləcək. Oyun saat 16:00-da FHN-in idman zalında baş tutacaq. Noyabrın 6-da isə 4-cü turunun oyunları keçiriləcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin