"Sabah" BK FİBA Avropa Çempionlar Liqasında yenə uduzub
Dünən Azərbaycan çempionu adını daşıyan "Sabah'" kişi basketbol klubunun da mübarizə apardığı FİBA Avropa Çempionlar Liqasınin qrup mərhələsində üçüncü turun oyunları keçirilib. Turnirin "B" qrupunda yer alan Azərbaycan çempionu "Sabah" BK hesabat turu çərçivəsində Fransada yerli "Elan Şalon"la qarşılaşıb. Görüş ev sahibinin qələbəsi ilə bitib - 84:71 (24:18, 30:17, 8:23, 22:13).
Bununla da litvalı mütəxəssis Rimas Kurtinaytesin rəhbərlik etdiyi "Sabah" klubu bəlli turnirdə üçüncü dəfə məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, çempionumuz birinci turda Cexiyanin "Nyumburq" klubuna 65:93, ikinci turda isə Almaniyanın "Alba"sina uduzub - 76:85.
Hazırda "B" qrupunda vəziybelədir:
Komanda O Q M T/F X
1. Elan Şalon 3 3 0 +20 6
2. Alba 3 2 1 +20 5
3. Nyumburq 3 1 2 +10 4
4. Sabah 3 0 3 -50 3
İNTİQAM Məmmədov


