Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Rəqs Edən Rənglər"adlı rəsm sərgisi +FOTOLAR

1 noyabr 2025 tarixində Xətai Sənət Mərkəzində açıldı. Xətai Sənət Mərkəzində "Xəmsə Art Group", "IWS Sumqayıt Art Center" və "Rəngarəng Zəkalar" Tədris və İnkişaf Mərkəzinin dəstəyi ilə 5–15 yaşlı uşaqların yaradıcılığını stimullaşdırmaq və bədii zövqünün inkişafına dəstək olmaq məqsədi ilə "Rəqs Edən Rənglər"adlı rəsm sərgisi keçirildi.
Sərginin giriş sözü ilə rəssam Gövhər Məmmədova sərgi iştirakçılarını və tədbirin qonaqlarını salamladı. Söz alan Xətai Sənət Mərkəzinin müəllimi Rəssam Gündüz Həbibov və Uşaq İnkişafı üzrə ekspert Aygün Səfərova öz ürək sözlərini bölüşdülər. Sərgi sertifikatların və təşəkkürnamələrin təqdim olunması ilə davam etdi.
Rəqs performansıyla rəsm sərgimizə gözəllik qatan Xoreoqraf-Vəfa Hacıyeva və tələbələrinə dərin minnətdarlığımızı bildiririk. Sərgidə "Edu Grata"Təhsil mərkəzinin müəllimi Fatimə Əliyeva,"Piramida"Tədris Mərkəzinin müəllimi Günel Zamanova, "ASahad art "Rəssamlıq və Sənət Mərkəzinin rəhbər müəllimi Ayiba Sahad, "Mehdi Hüseynzadə adına 1 saylı tam orta məktəbin müəllimi Məmmədova Əzizə,"Able kids club"-un rəhbəri Aygün Səfərova,"Bumerang və Azad Tədris Mərkəzinin müəllimi Fidan Abidova, S-Alyans Tədris Mərkəzinin müəllimi Qarayusubova Pərvanə, "Rəngarəngeli art studionun"müəllimi Vüsalə xanım,"5 nömrəli Uşaq və Gənclər inkişaf mərkəzinin müəllimi Nigar Əzimova,"Elmira art studio"nun rəhbəri Elmira Həsənova,"Bilik Adası" rəsm dərnəyinin müəllimi Mələk Nəsibova, "Nuranə-art studio"nun rəhbəri Nuranə Hüseynova,"Mübariz İbrahimov"adına rəsm kursunun müəllimi Aygün Əfəndiyeva, "Montesssori Akademiya"nın müəllimi Yeganə Məmmədova tələbələri ilə iştirak etdilər.
Mediaa dəstək: AZpress.AZ, AzpressTimes, Xalq qəzeti. 

 

Fotolar: Mahir Əhmədov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+99450 554 34 23

Best coffeeshop in Berlin