Veteran cüdoçuların dünya çempionatı başlayır
Noyabrın 3-dən 7-dək Fransanın paytaxtı Parisdə veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək. Çempionatda Azərbaycan da daxil olmaqla 67 ölkədən 2548 idmançı medallar uğrunda mübarizə aparacaq. Baş məşqçi Fərhad Rəcəblinin rəhbərliyi altında mundiala qatılacaq Azərbaycan yığmasının heyətində biri qadın olmaqla, 34 idmançı yer alıb. Təmsilçilərimiz 8 müxtəlif yaş kateqoriyasında çıxış edəcəklər. Yeri gəlmişkən, heyətdə yer alan yeganə qadın təmsilçimiz F6 kateqoriyanda çıxış edən Zülfiyyə Hüseynovadir (70 kq).
Heyətdə diqqət çəkən məqamlardan biri də, M8 yaş qrupunda güləsən 12 qat dünya və 11 qat Avropa çempionu adını daşıyan Fərhad Rəcəblinin (90 kq) yer almasıdır.
İNTİQAM Məmmədov


