Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə “Qələbənin nəfəsi” adlı at yarışları keçirilib +FOTO=35

Noyabrın 1-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində” Zəfər Günümüzün 5 illiyi münasibətilə rayonun Şahsevən kəndində “Qələbinin nəfəsi” başlığı altında at yarışları keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətininbaşçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, habelə şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd icra nümayəndələri, bələdiyyələr, Vətən müharibəsi iştirakçıları, qazilər və kənd sakinləri iştirak ediblər. 
Tədbirin moderatoru, Şahsevən kənd icra nümayəndəsi Rəfail Əliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rəfail Əliyev milli oyunlar, onların tarixi, habelə atçılıq idman növləri, Çövkən oyunu və Ağcabədi komandasının uğurları barədə ətarflı danışıb. 
Çıxış edən icra başçısı Rafil Hüseynov qeyd edib ki, bu günlərdə qəhrəman Ordumuzun yazdığı şanlı tarixi, düşmən üzərində qazandığımız möhtəşəm qələbini əks etdirən 8 Noyabr gününü ölkə olaraq, xalq olaraq qürurla qeyd edirik. Zəfər Günü iftixar və birlik günüdür. O da vurğulanıb ki, keçirilən bu yarışlar gənclərimizə vətənpərvərlik ruhunun aşılanması baxımından böyük Bundan sonra çaparlar at belində Azərbaycanın Dövlət Bayrağı ilə fəxri dövrə vurublar. Daha sonra yarışlara start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən at yarışları tamaşaçıların böyük marağına səbəb olub. 
Yarışın sonunda Rəfail Əliyev respublikada atçılıq idman növünün inkişafındakı xidmətlərinə görə və Zəfər Günü münasibətilə, eləcə də Vətən müharibəsi iştirakçısı, qazi İntiqam Əliyev Ağcabədi Rayon İcra Hakimiyyəti başçsıının Fəxri fərmanı ilə təltif olunublar. Eyni zamanda yarışda 1-2-3-4 və 5-ci yerləri tutan çaparlara pul mükafatları təqdim olunub. 
Sonda xatirə şəkilləri çəkilib.

Fotolar: Mais İbrahimov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+994503585041

Best coffeeshop in Berlin