Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybol millimiz İslamiadaya qələbəylə başlayıb

Rəsmi olaraq 7-21 noyabr günlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilməsi nəzərdə tutulan 6-cı İslamiadanin (İslam Həmrəyliyi Oyunları) proqramına daxil olan voleybol yarışlarına bu gün qadınların çıxışı ilə start verilib. Baş məşqçisi təcrübəli mütəxəssis Faiq Qarayev olan Azərbaycan millisi ilk matçını İran komandasına qarşı keçirib. Görüş Faiq Qarayevin yetirmələrinin quru hesablı qələbəsi ilə başa çatıb - 3:0 (25:11,  25:16, 26:24).

Millimiz qrupda növbəti matçını noyabrın 6-da saat 14: 00-da Tacikistan yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi yer aldığı qrupda Türkiyə və Əfqanıstan komandası ilə də qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin