Azərbaycanın futzal millisi İslamiadaya qələbəylə başlayıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-ci İslamiadanin futzal yarışlarına start verilib. Bu yarışda iştirak edən və "A" qrupunda yer alan Azərbaycan millisi ilk matçını Liviya yiqmasina qarşı keçirib. Komandamız ilk yarıda hesabda geri qalsa da (1:2) ikinci hissədə özünü toparlayaraq, nəinki məğlubiyyətdən yaxa qurtara bilib, hətta qalıb də gəlib - 5:4.
Millimizin heyətində Fərid Abbasov het-triklə (1-ci, 21-ci və 33-cu dəqiqə), Mirzə Əmirovsa dublla (hər iki qolu 36-ci dəqiqədə vurub) yadda qalıb.
Millimiz növbəti matçını noyabrin 6-da Özbəkistan komandasına, 8-də isə ev sahibinə qarşı çıxacaq.
İNTİQAM Məmmədov


