Sarkisyanın Ermənistanı tərk etməsi qadağan edildi
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.
Ermənistan mediasının məlumatına görə, prokurorluq məhkəməyə iki dəfə müvafiq vəsatət verib və ikinci baxışdan sonra qadağa tətbiq edilib.
Keçmiş deputat Aşot Aşotyan Sarkisyana qarşı yeni ittihamları açıqlayıb. O bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi mərhum iş adamı Mixail Baqdasarovun 2019-cu ildə verdiyi ifadəyə istinad edib.


