Boksçumuz Aynur Mikayılova İslamiadaya qələbəylə başlayıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və sayca 6-ci olan İslam Həmrəyliyi Oyunlarında (İslamiada-2025) boks yarışlarına start verilib. Azərbaycan yığmasının üzvlərindən ilk olaraq mübarizəyə qatılan Aynur Mikayılova (57 kq) olub. Qeyd edək ki, mübarizəyə 1/4 finaldan başlayan boksçumuz bu mərhələdə ev sahiblərindən olan Hadeel Aşuru məqlub edib - 5;0. Bu qələbə sayəsində yarımfinala yüksələn Aynur eyni zamanda İslamiada-2025-in bürünc medalını da özünə təmin edib.
O, noyabrın 9-da Noura Abunaabla (Fələstin) ilə yarımfinal döyüşünə çıxacaq.
İNTİQAM Məmmədov


