Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fərhad Rəcəbli DÇ-da çempionluq titulunu qoruya bilməyib 

Azərbaycan yığması mundialı 6 medalla bitirib 

Fransanın paytaxtı Parisdə veteran cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatına noyabrın 6-da M8 kateqoriyasında mübarizə aparan veteran cüdoçuların çıxışı ilə yekun vurulub. Mundialın son günü tatamiyə 12 qat dünya və 11 qat Avropa çempionu adını daşıyan Fərhad Rəcəbli çıxıb. Təəssüflər olsun ki, dünya çempionumuz bu dəfə istəyinə nail ola bilməyib. Həlledici finalda büdrəyən Rəcəbli çıxışını ikinci yerdə bitirməklə gümüş medalla kifayətlənib. 

Bununla da Azərbaycan komandası mundiali 6 (1-1-4) medalla başa vurub. 

Xatırladaq ki, F..Rəcəblidən öncə Mövlud Mirəliyev (M5, 100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, 66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, 100 kq) bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin