Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybol millimiz İslamiadada ikinci qələbəsini qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və sayca 6-ci olan İslam Həmrəyliyi Oyunlarında (İslamiada-2025) qadın voleybolçuların yarışı davam edir. Noyabrın 6-da Oyunlarda ikinci turun oyunları keçirilib. Baş məşqçisi təcrübəli mütəxəssis Faiq Qarayev olan Azərbaycan millisi hesabat turunda Tacikistan komandası ilə qarşılaşıb. Qeyd edək ki, ilk oyunda İran yığmasını quru hesabla (3:0) məğlub edən  Azərbaycan millisi taciklərə də eyni aqibəti yaşadıb - 3:0 (25:5, 25:11, 25:9).

Millimiz növbəti matçını noyabrın 9-da Türkiyəyə qarşı keçirəcək. Sonda isə qurup çərçivəsində Pakistanla da üzləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin