Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə  şəhid ailələri ziyarət olunub +FOTO=11

8 Noyayabr-Zəfər Günü  münasibəti ilə rayonumuzda şəhid ailələri  ziyarət olunur. Noyabrın 5 və 6 –da  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov  Hüsülü kəndində şəhid Fəryad Xəlilovun, Ağcabədi şəhərində Xəyal Həziyevin,  Hacıbədəlli kəndində isə Toğrul Abbasovun və  Dəyanət Əliyevin ailəsinə baş çəkib.Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi,  rayon İcra hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  və digərlərinin  iştirakı iləziyarət olunan ailələrə bayram sovqatı da təqdim olunub. 
AZpress.AZ xəbər verir ki, görüşlər zamanı 8 Noyabr Qələbə Gününə gedən yoldan, bu yolda vətən övladlarının göstərdiyi misilsiz qəhrəmanlıqdan, xalqımızın Ali baş komandanın ətrafında necə sıx birləşdiyindən söz açılıb. Şəhid Xəyal Həziyevin anası Məlahət Həziyeva övladının məhz vətən uğrunda, zəfərin əldə edilməsi uğrunda şəhid olmasından qürur duyduğunu bildirib. Torpaqların azadlığı üçün həlak olan oğulların əbədilik qazandığını, onların daim qəlblərdə yaşayacağını söyləyb. Həmçinin digər şəhid ailələrinin üzvləri də öz ürək sözlərini bölüşərək, rayon rəhbərliyinin, dövlət başçının bu ailələrə olan diqqət və qayğısından söz açıb, öz minnətdarlıqlarını bildiriblər.
Çay süfrəsi arxasında, səmimi söhbətlər zamanı icra başçısı şəhidlərin  ailə üzvlərinin qayğıları ilə də maraqlanıb, onların diqqətə çatdırdığı   müəyyən çətinliklərilə bağlı köməklik göstəriləcəyini bildirib.

Best coffeeshop in Berlin