Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın raketka ustalarımız İslamiadaya qələbəylə başlayıblar 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi 6-ci İslamiada (İslam Həmrəyliyi Oyunları) davam edir. Bu gün oyunlarda stolüstü tennis üzrə yarışlara qadın komandaların çıxışı ilə start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, heyəti Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərova triosundan ibarət olan qadın komandamız startda Uqanda millisi ilə qarşılaşmadan qalıb ayrılıb - 8:2. 

Qabın komandamız növbəti matçını noyabrın 9-da Əfqanıstana qarşı keçirəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin