Snayperimiz Nigar Nəzirova dünya rekordunu təzələyib
Misirin paytaxtı Qahirədə güllə atıcılığı üzrə keçirilən dünya çempionatı azərbaycanlı snayper Nigar Nəsirova üçün yadda qalan olub. Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə tapançadan 50 metr məsafəyə atəş açmaqda 550 xal toplayan snayperimiz mundialın gümüş medalını qazanmaqla yanaşı, həm də dünya rekordunu təzələyib. Qeyd edək ki, bu yarışda birinci yeri tutan Çin təmsilçisi Yoa Qianxun da Nigarla eyni xal toplayıb. Belədə qalibi aşkar etmək üçün mərkəzə vuruşların sayı hesablanıb. Bu göstərici Asiya qitəsindən olan snayperdə daha yaxşı olub.
İNTİQAM Məmmədov


