Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xaqani Əliyevin  “İki əsgər” tamaşası baş tutdu +FOTO=36

08.11.2025 ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şuşa Dövlət Musiqili Dram Teatrında II Qarabağ müharibəsində qazanılmış qələbənin 5 illiyinə həsr olunmuş Xaqani Əliyevinin  “İki əsgər” tamaşası baş tutdu.

Tamaşa 44 günlük Vətən müharibəsində əldə olunan Qələbəmizin 5 illiyinə həsr olunub.

Tamaşanın bəddi rəhbəri Əməkdar artist Yadigar Muradov, rejissor Lalə Şirinova, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, videomühəndislər Vadim Kuskov və Əhliman Ərşadlıdır.

Rollar və ifaçılar :

Vüqar - Emin Sevdiməliyev,

Aslan - Cavid Cavadzadə,

Hayk - Vüsal Məmmədov,

Vüqarın həyat yoldaşı - Ayşən Mirzəyeva,

Haykın nişanlısı - Dürdanə Dünyamalıyeva

Könüllü əsgər Vüqar əsgər dostu Aslanla azad edilmiş kənddə, dağılmış evdə gizlənmiş düşmən əsgərinə rast gəlirlər. Zirzəmiyə qumbara ataraq onu öldürmək çox asan və bir an məsələsidir. Lakin yaranmış qısa ünsiyyətdən sonra, ölümlə həyat arasında qalmış düşmən əsgərinin keçirdiyi sarsıntılar, Vüqarı əl saxlamağa məcbur edir. Vüqarın qəlbində mərhəmət hissi baş qaldırır və o düşmən əsgərini əsir götürmək qərarına gəlir. Lakin zirzəmidə gizlənmiş düşmən əsgəri əsir olmaq istəmir... 
Tamaşada istənilən çətin vəziyyətlərdə insan olaraq qalmağı bacaran, mərhəməti, cəsarəti, insani keyfiyyətləri ilə düşmən əsgərindən üstün olan Azərbaycan əsgərinin ümumiləşmiş obrazı yaradılıb.
Tamaşada səhnə hadisələri ilə yanaşı video materiallardan da istifadə edilmişdir ki, bu da səhnə əsərinin bədii təsir gücünü daha da artırır.

Fotolar: Mahir Əhmədov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+99450 554 34 23

Best coffeeshop in Berlin