“Aydani” qalereyasında
Zəfər Gününün beşilliyinə
həsr olunmuş sərgi keçirilib.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Rəssamlıq Akademiyasının məzun və müəllimləri, eləcə də həvəskar rəssamların əsərləri nümayiş olunub.
Ekspozisiyanın mövzusu Zəfər Günü və 44 günlük Vətən müharibəsi hadisələrini əhatə edib. Sərginin adı “44” idi.
Açılış mərasimində qalereyanın direktoru, YUNESKO mükafatı sahibi, rəssam Aydan Məmmədova, rəqəmsal rəssam və qalereyanın kuratoru Sevil Kərimova,
Azərbaycan mədəniyyətini xaricdə təmsil edən,
“Art Dirçəliş”in direktoru İslam Baxşəliyev,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri incəsənətin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünas, dosent Aslan Xəlilov çıxış ediblər.
Sərgidə həmçinin ustad və ifaçı Mərdan Mirzə də çıxış edib. O, tamaşaçılara özünün hazırladığı yeni nəfəs alətlərini təqdim edib və Zəfər Gününə həsr olunmuş kompozisiyalar ifa edib.
Sərgidə aşağıdakı rəssamlar öz əsərləri ilə iştirak ediblər:
Lalə Arab — “Qələbə alovu”
Aysel Rəcəbli — “Xəbər”, “44 budaq”
Tərənə Təhrab qızı — “Şəlalə”
Nihal Səlimova — “Zəfərin rəngləri”
Xanım Paşazadə — “Zəfərin səsi”
Nəcibə Hümbətova — “Azadlığın səsi”
Şuayb Qaydarov — “Müharibə”
Esmira Xəlilova — “Kompozisiya”
Raul Sadıqov — “Payız natürmortu”, “Gəncə–2020”, “Ömür yolu”
Tatyana Simonova — “Azadlıq”
Zeynəb Quliyeva — “Qarabağ atı”
Heyran Yusufova — “Şuşa”, “44”
Turan İlham — “Vətəni sevmək imandandır”
Lalə Bağırzadə — “Zəfərə aparan körpü”
Nigar Məmmədova — “Qara göz”
Lalə Arab — “Soyuq oktyabr”
Minə Cabbarova — “Dirçəliş”
Elvira Elvee — “Günəşin öpüşü”
Piriyeva Ramilə — “Zaqatala”
Maxru Norton — “İçərişəhər”, “Ruh şəhəri”
Məryəm Babayeva — “Təsəlli”
Vəfa Məmmədova — “Şuşa. Cıdır düzü”
Günel Məlikova — “Nigari şərq”
Xəyalə Cəfərova — “Portret”
Esmira Əliyeva — “Lalələr”
Qonaqlara, sərgi iştirakçılarına və rəssamlara içkilər və milli şirniyyatlardan ibarət furşet təqdim olundu.


