"Rənglərdə gizlənən xəyallarım" adlı sərgi baş tutdu +FOTO=10
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Houssam Eldine Redanın rəhbərliyi ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində gənc rəssam Nəsibə Daşdəmirlinin "Rənglərdə gizlənən xəyallarım" adlı sərgisi olmuşdur.
AZpress.AZ xəbər verir ki, tədbirdə səfir cənab Houssam Eldine Reda və Mərkəzin müdiri Prof.Dr.Tarek Mohammad gənc rəssama yeni sənət uğurları diləyib.


