Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybol millimiz İslamiadada gümüş medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-ci İslamiadada (İslam Həmrəyliyi Oyunları) qadın voleybolcularin yarışına bu gün baş tutan həlledici final görüşü ilə yekun vurulub. Finalda Azərbaycan yığması ilə Türkiyə millisi qarşılaşıb. Qarşılaşma qrup mərhələsində olduğu kimi, yenə də Türkiyə komandasının quru qələbəsi ilə başa çatıb - 0:3 (14:25, 10:25, 18:25). 

Bununla da baş məşqçisi təcrübəli mütəxəssis Faiq Qarayev olan Azərbaycan millisi 6-ci İslamiadanın gümüş medalını qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin