Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

Hümbət Quliyev:

İnsan qulağını həyata sakitcə şəkləsə, çox şeylər tapar…

Pritça

Bir fermer samanlıqda saatını itirir. Çox axtarsa da, tapa bilmir. O görür ki, yaxınlıqda bir dəstə uşaq oynayır. Onlara yaxınlaşıb deyir; mən bu samanlıqda saatımı itirmişəm, kim tapsa, mükafat alacaq. Uşaqlar hay-küylə işə girişirlər, amma tapmırlar. Onlar əlacsız gedəndən sonra bir uşaq qayıdıb fermerə deyir ki, siz mənə axtarmaq üçün bir şans da verə bilərsiniz? Fermer etiraz etmir. Uşaq on dəqiqədən sonra əlində saat qayıdır. Fermer, təəccüblənərək soruşur, bir belə uşaq onu tapa bilmədi,amma sən tapdın, necə? Uşaq deyir; mən samanlıqda uzanıb diqqətlə sakitliyə qulaq asdım. Tam sakitlikdə mən o saatın tıqqıltısını eşitdim, və o tııqqıltı ilə də onu tapdım.

İnsan gündəlik hay küydə çox şeyləri eşitmir. Əgər, o, hərdən, qulağını həyata sakitcə şəkləsə, çox şeylər tapar…

Best coffeeshop in Berlin