Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mədinə Mustafayeva və Vladimir Dolmatov tandemi Avropa çempionu olub

14-16 noyabr günlərində Azərbaycanin ikinci ən böyük şəhəri sayılan Gəncədə gimnastikanın aerobika növü üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Çempionatın son günü Azərbaycan yığmasının üzvləri - Mədinə Mustafayeva və Vladimir Dolmatov tandemi üçün uğurlu olub. Beləki, cütlüyümüz nümayiş etdirdiyi hərəkətə görə hakimlərdən aldığı 19,600 xalla bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adını qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin