Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Jalə Əliyeva İslamiadada çempionluq titulunu özündə saxlayıb 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada (İslam Həmrəyliyi Oyunları) güləş yarışları davam edir. Noyabrın 19-da ikisi yunan-Romaci, üçü isə qadın güləşci olmaqla 5 təmsilçimiz döşək üzərinə çıxaraq, medallar uğrunda mübarizəyə qatılıb. Beşliyimiz çıxışını bir dəst (1-1-1) medalla başa vurub.

Günün qızıl medalnı 57 kq çəkidə çıxış edən qadın güləşçimiz Jalə Əliyeva qazanıb. O, həlledici finalda türkiyəli Elviraya (6:2) qalib gəlməklə İslamiada-2022-də qazandığı çempionluq titulunu özündə saxlayıb. Maraqlıdır ki, Jalə 2022-də də son final görüşündə Elviraya qalib gəlmişdi.

Günün gümüş medalına yalnız həlledici finalda büdrəyən Murad Əhmədliyev (97 kq) sahib olub. Güləşçimiz çempionluq uğrunda görüşdə iranlı Olimpiya və İkiqat dünya çempionu adını daşıyan Mohammad Saraviyə (1:5) uduzub. Bununla da, Əhmədiyev debüt etdiyi İslamiadada ikinci yeri tutub.

Qazanılan bürünc medal isə 50 kq çəki dərəcəsində çıxış edən Elnarə Məmmədovanın payına düşüb. Məmmədova bürünc medal uğrunda kiçik finalda Əlcəzair təmsilçisi Şebila Şeymadan güclü olub - 5:0.

Xatırladaq ki, bir gün öncə isə klassikimiz Həsrət Cəfərov (67 kq) gümüş medal qazanıb.

Bununla da Azərbaycanın güləş komandasının aktivindəki medalların sayı 4-ə (1-2-1) çatıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin