Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Amazfit "ağıllı" üzük mayın ortalarında buraxılacaq

2024-cü ilin əvvəlində elan edilən Amazfit Helio Ring, aktiv istifadəçilər və idmançılar üçün nəzərdə tutulmuş ağıllı üzük mayın 15-də satışa çıxarılacaq. 

ABŞ-da cihazın qiyməti 300 dollar təşkil edəcək. Bundan əlavə, müştərilərə cihazı Amazfit Cheetah Pro və ya Amazfit T-Rex Ultra "ağıllı" saatı ilə birlikdə alarkən endirimlə təklif olunacaq. Bu halda üzük 150 dollara başa gələcək.

Bildirilir ki, əvvəlcə üzüklərin ölçüləri məhdudlaşdırılacaq, lakin gələcəkdə çeşidin genişləndirilməsi planlaşdırılır. ABŞ-da satışa çıxarıldıqdan sonra cihaz digər beynəlxalq ticarət platformalarında da satışa çıxarılacaq.

Funksional olaraq, Amazfit Helio Ring ağıllı saatları təkrarlayır, bu da istifadəçinin fiziki göstəricilərini, o cümlədən atılan addımların sayını, yandırılan kaloriləri və daha çoxunu izləməyə imkan verir.

Gözlənilir ki, bu ilin iyulunda Fransada keçiriləcək təqdimatda Samsung özünün “ağıllı” üzük Galaxy Ring-i rəsmi olaraq təqdim edəcək, həmçinin cihazın qiymətini və satışa başlama tarixini açıqlayacaq.

Daha əvvəl bildirilmişdi ki, yeni Samsung "ağıllı" saatı qeyri-invaziv qlükometr alacaq.

Best coffeeshop in Berlin