Azərbaycan millisi DÇ-nin 1/4 finalında Gürcüstanla qarşılaşır
İspaniyanın Linares şəhərində qadın şahmatçılar arasında keçirilən komanda dünya çempionatı davam edir. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, planetin ən yaxşı 12 komandasının mübarizə apardığı mundialda ilkin qrup mərhələsinə (A və B qrupu) yekun vurulub. 5 turdan ibarət olan qrup mərhələsində reqlamentə görə hər qrupda ilk 4 yeri tutan komanda 1/4 finala yüksəlib.
Qruplarda yekun turnir cədvəli belə olub:
A qrupunda: 1. FİDE (Rusiya) - 10 xal, 2. Qazaxıstan - 8 xal, 3. ABŞ - 6 xal, 4. Azərbaycan - 4 xal, 5. İspaniya - 2 xal, 6. Peru - 0 xal;
B qrupunda vəziyyət belə olub:
1. Gürcüstan - 8 xal, 2. Çin - 7 xal, 3. Hindistan - 6 xal, 4. Özbəkistan - 4 xal, 5. Fransa - 3 xal, 6. Ukrayna - 2 xal.
Bu gün isə 1/4 final mərhələnin oyunlarına start verilib və aşağıdakı cütlər qarşılaşıb:
Rusiya - Özbəkistan ;
ABŞ - Çin ;
Qazaxıstan - Hindistan ;
Azərbaycan - Gürcüstan.
İNTİQAM Məmmədov


