Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Arseniy Djioyev İslamiadanın qalibi olub 

Azərbaycanın güləş komandası İslamiadanı 11 medalla başa vurub 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada (İslam Həmrəyliyi Oyunları) güləş yarışına yekun vurulub. Noyabrın 21-nə təsadüf edən son gündə 4 sərbəst güləşçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıb. Maraqlıdır ki, son gündə mübarizəyə qatılan təmsilçilərimizin hamısı inamla guləşərək, mükafatçılar sırasında yer alıb. Onların arasında ən yaxşı nəticəni Arseniy Djioyev (74 kq) göstərib. O, bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medal qazanıb. Xatırladaq ki, startda iranlı ikiqat dünya çempionu Kamran Qasempuru (5:3) üstələyən güləşçimiz 1/4 finalda əlcəzairli Benfercallah Fatehi (11:0), yarımfinalda isə tacik Maqomet Yevlayevi udaraq finala yüksəlib. Həlledici görüşdə isə, Djioyev Bəhreyn təmsilçisi Xidir Saypudinovdan (5:1) güclü olub.

Digər güləşçilərimizə gəlincə, yalnız həlledici finalda büdrəyən Ağanəzər Novruzov (74 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycanın güləş yığması ümumilikdə İslamiadanı 11 (2-5-4) medalla başa vurub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin