AZpress.AZ-ın ARXİVİNDƏN
AYNEL Məşədiyeva:
Dövlətimizin inkişafı etibarlı əllərdədir!
"Azərbaycanın dövlət müstəqilliyi əbədidir,
dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan,
əbədi etməkdən ibarətdir".
Heydər ƏLİYEV
Bu gün mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş, müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.
Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaqdır!
Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də Azərbaycan xalqının və bütün Türk dünyasının qəlbində əbədi yaşayacaqdır!
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir!
RUHUN ŞAD OLSUN ULU ÖNDƏR!
https://youtu.be/gtOiqrwRUec


