Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

30 ildən sonra nəşi tapılan şəhidimiz dəfn edildi

Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də İsmayılov Siyavuş Eldar oğlu olub. Siyavuş naməlum şəhid kimi Beyləqanın Şəfəq qəsəbəsi ərazisində “Peyğəmbər” qəbiristanlığında dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Siyavuş İsmayılovun nəşinin qalıqları İmişlidə torpağa tapşırılıb.

Şəhidin nəşi İmişlidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı Şahverdili kəndinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Siyavuş İsmayılov torpağa tapşırılıb.

Best coffeeshop in Berlin