AZpress.AZ-ın ARXİVİNDƏN
Xəyalə Sevil:
Mənim xatirələrim, mənim iyirmi bir yaşım...
Mən elə bilirdim,
Qayıdacaqsan,
Bütün bildiklərim
Yenə tərs gəlir.
Gecənin bu vaxtında
Səni xatırlamağa
Mənə bir həvəs gəlir.
Adını sən qoymuşam
İçimdəki boşluğun-
Bəlkə də sən deyilsən.
Bir azca yaxın gəlsən,
Uca boyundan bir az
Ürəyimə əyilsən,
Bilərdim kim üçündü,
Neyçündü bu təlaşım.
Mənim xatirələrim,
Mənim iyirmi bir yaşım.


