Naxçıvanda yetkinlik yaşına çatmayan şəxsin nikahının qarşısı alınıb
Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon Polis Şöbəsinin polis əməkdaşları erkən nikahın qarşısını alıblar.
Dəmirçi kəndində 21 yaşlı kişi ilə 15 yaşlı qız arasında nişanlanma ilə bağlı məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.
Əlaqədar şəxslərlə profilaktik müzakirələr aparılıb və onlara mövcud qanunvericiliyin tələbləri barədə məlumat verilib.


