Elçin Səlimli:
ÖMRÜN "QIZIL" PAYIZI
(FOTO=105+VİDEO)
İnsan ömrünün payızı , mənim ömrümün isə "Qızıl" payızı gedir . Payız fəsli yadda qalan hadisələrin çoxluğuna görə , həm də ömürlük olaraq yadda qalacağına görə , həmişə digərlərindən fərqlənib . Bu fəsil başdan-başa müjdəli xəbərləri ilə , tarixi hadisələrlə və böyük cahanşimul qələbələri ilə bizim həyatımıza qədəm qoyur , sonra isə bizi tərk edərək yaddaşlarımızda tarixə çevrilir . Beləki , 2020-ci il Sentyabrın 27 - si başlanan "ZƏFƏR YÜRÜŞÜ" müz , bir-birinin ardınca işğaldan azad olunan torpaqlarımız , şəhər , rayon ,qəsəbə və kəndlərimiz , Oktyabr ayındakı tarixi və möhtəşəm hərbimiz-qələbələrimiz , Noyabrın 7 və 8-i möhtəşəm yürüşümüzün ən pik nöqtəsi
nə yüksələn qəhrəmanlıq salnaməsi və nəhayət ayın 8-də keçirilən möhtşəm hərbi paradımız dediklərimə çox ciddi sübutdur . Nə isə ...
Bu barədə çox danışa və yaza bilərəm . Güman edirəm ki , bu qədəri ilə də kifayətlənmək olar . Həm də əsas mövzumuz bu deyil .
Noyabr ayı mənim üçün xüsusi önəm daşıyır və həyatımda özünə məxsus yeri vardır . 2025-ci ilin Noyabrı insanlarımızın ən düşərlı
ayı və mənim üçünsə "qızıl" ay , bir fəsil olaraq ömrümün "qızıl" fəsli sayıla bilər . Beləki , mən bu ay və bu fəsildə dünyaya göz açmış , orta məktəbə bu fəsildə başlamış , ordu sıralarına bu vaxt çağırılmış və hərbi xidməti bu zaman başa vurub evə qayıtmışam . Sonra da arzularımın dalınca bu fəsildə şəhərə yollanmış
və tələbəlik illəri , həyatıma başlamışam .
Artıq o vaxtdan nə az , nə çox , düz altımış beş il keçir . Bu illər ərzində mən uzun bir məsafəni qət edərək , gəlib bu günlərə qovuşmuş və özümün "qızıl" fəslimə qədəm qoymuşam . Ömrümün 65 -ci "qızıl" payızındayam . Artıq , iki gün əvvəl onu da yola salaraq , gülə-gülə demiş və xoş gəlirsən növbəti yaşım demişəm . Əhvalın xoş və qədəmlərin uğurlu olsun söyləyərək , salamat qal 65-im söyləmişəm .
Elə bu münasibət ilə bu həftənin çərşənbə günü , yəni Noyabrın 19 - da Azərbaycan Yazıçılar Birliyində keçirilən möhtəşəm yubiley tədbirim və iki kitabımın təqdimatı da mənim dediklərimi tamamilə sübuta yetirir . Yeri gəlmişkən onu da deyim ki , tədbir çox möhtəşəm və yadda qalacaq anlarla müşahidə olundu . Və mən öz altımış beş yaşımı öz qələm dostlarım , həmkarlarımla birlikdə keçirdim .
Son olaraq onu da deyim ki , həmin günü mənimlə birlikdə olduğunuz üçün hamınıza öz təşəkkürlərimi bildirir və Allah sizi qorusun deyirəm .
Diqqətlərinizə həmin görüşdən çəkilmiş foto şəkilləri və bir şeirimi çatdırıram .
ÖMRÜMÜ .
Artıq altımış beşi salıram yola ,
Neçəsi qalır ki , qalan ömrümün ?
Daha bundan belə nə ola-ola ,
Dünyanın özü tək , yalan ömrümün ,
Beləcə yaşadım , qalan ömrümü .
Yaşadım alovun - odun içində ,
Od tutub alışdım , yadın içində ,
Beləcə ölçüdə , belə biçimdə ,
Ağac yarpağı tək , solan ömrümü ,
Beləcə yaşadım , qalan ömrümü .
Yaşadım bu ömrü , mən sətir-sətir ,
Hördüm illərimdən özümə çətir ,
Bilmədim bu həyat zindandır , nədir ,
Ya doğru , ya da ki , yalan ömrümü ,
Beləcə yaşadım qalan ömrümü .
Hörmətlə : ELÇİN SƏLİMLİ .
22 . 11 . 2025 .


