Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi cüdoçularımız BƏƏ Dəbilqəsində yarışacaqlar 

28-30 noyabr günlərində BƏƏ-nin paytaxtı Abu-Dabidə kişi və qadın cüdoçular arasında reytinq xarakterli "Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 53 ölkəni təmsil edən 390 (233 kişi və 157) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

ACF-dən verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə böyük məşqçilər Elçin İsmayılov və Slavka Tekicin rəhbərliyi altında 10 kişi cüdoçu ilə 5 çəki dərəcəsində təmsil olunacaq. Bu onluqda aşağıdakı tatami ustaları yer alıb:

60 kq: Əhməd Yusifov, Balabəy Ağayev;

66 kq: Ruslan Paşayev, Rəşad Yelkiyev;

73 kq: Rəşid Məmmədəliyev, Hidayət Heydərov;

90 kq: Murad Fətiyev, Aslan Kotsayev;

+100 kq: Uşanqi Kokuari, Camal Qamzatxanov.

Qeyd: Reqlamentə gorə, hər çəkidə ilk üç yeri tutan cüdoçular müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı toplayacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin