Firuz Mustafa:
Çətin riyazi sual...
Adam belə deyir:
-Mən təxminən 15 il əvvəl 500 manat alırdım. İndi isə 800 manat alıram. Ağlınca, mən onda çox pul alırdım, yoxsa indi?.. Bilirəm, deyəcəksən ki, əlbəttə, indi daha çox alırsan. Elə isə qulaq as. Mən o vaxt 500 manat alanda dollar 78 qəpiyə idi, 1 manat isə 1 avroya bərabər idi. Mən o vaxt alırdım təxminən 650 dollar, yaxud 500 avro. Bu gün dolların məzənnəsi deyəsən 1 manat 70 neçə qəpikdir, 2 manatasa 1 avro düşür. Bu hesabla mən indi 500 dollar və yaxud 400 avro alıram. İndi mənə de görüm, mən təxminən 15 il əvvəl yüksək maaş alırdım, yoxsa indi? Hələ orasını demirəm ki, bu 15 ildə nəyin qiyməti nə qədər qalxıb.
Doğrudan da cavabı çətin sualdır. Bəlkə kimsə dəqiq cavab verə bildi?
* * *
Сардар Шамсиев
Riyaziyyat çox sərt, hər şeyi şart üzə çırpan elmdir.
Fəlsəfə malakeşdir, kələ-kötürü malalamağa çalışacaq.
İqtisadi siyasət dizaynerdir, dəzəyib-düzəyib "altı təzək olanı da üstü bəzək" edib elə sırıyacaq, çırkin qızı elə bəzəyıb-düzəyib təqdim edəcəklər ki, deyəcəksən ki...
Hələ üstəlik səni qənaətcil olmamaqda, naşükür olmaqda da qınayıb, borclu da çıxaracaq.
Burada nazirindən tutmuş deputatına, paradon, millət vəkilinə kimi, sıravi məmuruna kimi, üstəgəl zurnalist və polituluğlardan ibarət böyük bir ansambl və xor kopellası ilə züytutanlar və nağaraçalanlar dəstəsi səni susduracaqlar...
Səni anlayışlı olmamaqda qınayıb, müvəqqəti sıxıntılara inandıracaq, xoş gələcəyə ümidləndirəcəklər. - "Eşşəyim, ölmə, yaz gələr, yonca bitər" məsələsi... yəni...
Bir digəri, daha keçmişi xatırladıb, ətin bir kilosunu 150-200 min manata, indi isə 20 manata almağını xatırladacaq...
Və bu konsert bitməyən konsertdir.
Siyasi iqtisad isə, artıq işdən qovulmuş və bir küncə qısılmış, sevilməyən küçük gününə salınmışdır.
Amma onun sızıltılarına qulaq assanız, onun: Belə yaşamaq olmaz, xalqı bu qədər boş xoş gələcək vədlərilə aldatmaq olmaz, xalq bu gün xoş gün görməlidir, boş vədlərlə qarın doymur. - dediyini eşidəcəksiniz.
Amma biz axı daha Marksı sevmirik. Milyonlar xərcləyib, ciyər rəngli mərmərdən yondurduğumuz heykəlini də çoxdan doğrayıb qəbir daşları edib satmışıq...
Ah, biz, "Ac ol, ac öl, kişi ol, kişi öl" fəlsəfəsi ilə yaşamağı sevən comərd obıvatellər...
Asif Kazımsoy
Hec bir hesablama çetinliyi yoxdu Düz 6 il bundan önce işe basladığım şirketden mene verilen maaşla ele öz şirketimize aid kere yağından 110 kilo ala bilirdim eyni maaşla indi tam tamına 50 kilo ala bilerem yeni 60 kg yağım yoxa çıxıb
Alim Köçərli
Çox gözəl, burada nə var ki, 15 bundan əvvəl balaca idim, külfət də az idi pulum çatırdı, bir də indiki qədər geni dəyişmiş, ordan-burdan gəlmə, mənşəyi bilinməyən qida məhsulları yox idi, səndə könlün istəyəni alıb yeyirdin, indi külfət çox, mənşəyi bilinməyən, geni dəyişmiş qidalar çox, pulda dəyər yox, rayona yeddi manata gedirdin, hələ yolda bir- iki manat yemək də yeyirdin, indi iyirmi beş manata gedirsən, yolda bir çay içmək, buna pul dözər, pul da baxır ki, bu çibdə isinmədi, tez yerini dəyişib başqa cibdə isti yer tapır, orada dayanır, hələ orada cücərməyə imkanda tapır, artır, deməli pul ağıllıdır, bir yerdə cənlənər, indi fikirləş o zamankı 500 manat çibdə qalsaydı , indi nə gündəydi , tikəsi ələ gəlməzdi, indi hansı dəyərli oldu, o vaxtki, yoxsa indiki
Eldar Avdiyev
maaşın real alıcılıq gücü ilə,
adam 15 il əvvəl daha çox qazanırdı.
Çünki:
Dollar ifadəsində: 641 → 471 (təxminən 26% azalma)
Avro ifadəsində: 500 → 400 (20% azalma)
Əlavə faktor — inflyasiya
15 il ərzində Azərbaycanda və dünyada qiymətlər azı 2–3 dəfə artıb. Yəni o vaxt 500 manata alınan məhsul səbətini indi təxminən 1200–1500 manata almaq olar.
Riyazi və iqtisadi baxımdan, adam 15 il əvvəl daha yüksək maaş alırdı –
çünki həmin 500 manatın real dəyəri bugünkü 800 manatdan xeyli çox idi.
Başqa sözlə: rəqəm böyüyüb, amma dəyər azalıb.
Afqan Talibov
Bu maaş ,təqaüd göstərən ədədlerin böyüməsindən danışan məmur və deputatlar əsasən riyazi manipulyasiyadan danışırlar.Prezident hamıdan çox dəfələrlə danısmısdır
Qalib Arif
15 il bundan əvvəl 500 manata 50 kq-dan cox ət, elə bir o qədər də yağ almaq olardı. İndi isə, 800 manata ancaq 40 kq ət almaq olar, amma yağ olmaz. Deməli 15 il bundan qabaq adam daha çox maaş alıb...
Shakir Zengezurlu
FİRUZ MUSTAFADAN SORUSHURAM .SOSİALİZMDƏ QİYMƏTLƏR
NƏ QALXİRDİ NƏDƏ DUSHURDU .BEYNİMİZİ
BELƏNCİ SHEYLƏRƏ SƏRF ETMƏZDİK .SİZƏ
KAPİTALİZM LAZİM İDİ ?
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.


