Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Sübhan Mamedov AÇ-nin finalına yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşlı (U-23) gənc boksçular arasında keçirilən Avropa çempionatı başa çatmaq üzrədir. Azərbaycan boksçuların da iştirak etdiyi çempionatda bu gün yarımfinal döyüşlərinə start verilib. Bu mərhələdə ölkəmizi təmsil etmək hüququ qazanan üç bokscumuzdan ikisi artıq çıxışını bitirib. Onlardan biri yarımfinalda uduzaraq çıxışını üçüncü yerdə başa vurmaqla bürünc medalla kifayətlənsə də, digəri bu mərhələni də qələbə ilə bitirərək adını finala yazdırıb. Bürünc əyarlı medalın sahibi 1/2 finalda büdrəyən Tağı Nəsibovun (60 kq) aktivinə yazılıb. Mərhələni uğurla keçərək finala yüksələn isə Sübhan Mamedov (50 kq) olub. O, finala çıxışda irlandiyalı Luis Runini üstələyib. Bununla da Mamedov ən pis halda AÇ-nin gümüş medalını özünə təmin edib.

Bu gün daha bir boksçumuz - Səbuhi Əlizadə (+90 kq) xorvatiyalı Marko Perkoviç qarşı yarımfinal döyüşünə çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin