Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib +FOTO=11

Sumqayıt Bayraq Muzeyinin direktoru Günay İmanova və Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşin birlikdə təşkilatçılığı ilə Azərbaycanın şanlı Qarabağ Zəfərinin 5 illiyi ilə əlaqədar, 28 noyabr 2025-ci il tarixində Sumqayıt Bayraq Muzeyində "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, məktəblilər, yazarlar, jurnalistlər və mədəniyyət işçiləri iştirak ediblər. Şəhid ailələri muzeyin girişində güllərlə qarşılanıb.

Tədbir Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Muzeyin direktoru Günay İmanova qonaqları salamlayaraq bildirib ki, "Şəhidlər heç zaman unudulmayacaq. Bayraq muzeyində şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin sayı günü-gündən artmaqdadır." Həmçinin Günay xanım bildirib ki, muzeydə şəhidlər haqqında yer alan kitablar da sərgilənir. Həmin kitablardan bir neçəsinin müəllifi, günün səbəbkarı Esmira Günəşdir.
Daha sonra şairə Esmira Günəş səhnəyə dəvət olunub. O, da öz növbəsində Günay xanıma və muzeyin bütün kollektivinə təşəkkür edərək bildirib ki, bu tədbir həm şəhidlər haqqında yazdığı kitabların təqdimatına, həm Zəfərimizin 5 illiyinə, həm də Kəlağayı bayramına həsr olunub. Tədbirdə iştirak edən qonaqların bir çoxunun milli geyimdə olması, çiyinlərinə saldıqları kalağayılar da millət olaraq adət-ənənələrimizi yaşamağımızın sübutudur.
Tədbirin gedişatında Aylin Feyzullayeva, Nuray İlyasova, Kamilə Ağasıyeva şairə Esmira Günəşin Şəhidlərə həsr etdiyi şeirləri səsləndiriblər. Leyla Poladqızı və Arzu Məmmədova mahnıları ilə, Şəhid Səbuhi Həsənquliyev adına ALF tədris mərkəzinin "Simurq" rəqs kollektivi rəqsləri ilə qonaqlara gözəl anlar yaşadıblar. Tədbirdə həmçinin Sumqayıt şəhər 1 nömrəli Uşaq və Gənclər İnkişaf Məktəbinin Zəfərlə bağlı rəsmləri nümayiş olunub.
Tədbirin sonunda şəhid ailələri tərəfindən şairə Esmira Günəşə və Bayraq Muzeyinin direktoru Günay İmanovaya gül buketləri təqdim olunub. Şairə Esmira Günəş isə günün xatirəsi olaraq, Günay xanıma öz adından təsisçisi olduğu "Günəşin Nuru" ədəbi məclisinin təşəkkürnaməsini təqdim edib. Xatirə şəkilləri ilə yekunlaşan tədbirin sonunda Şəhid ailələri çay süfrəsinə dəvət olunublar.

Best coffeeshop in Berlin