Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

“Biz bu yurdun övladıyıq" adlı yekun hesabat konserti

05.06.2024-cü il tarixində saat 19:00-da Azərbaycan Dövlət  Gənc Tamaşaçılar Teatrında  “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə  “Biz bu yurdun övladıyıq " adlı yekun hesabat konserti keçirildi.
Hesabat konsertində “Aktyor sənəti” dərnək üzvlərinin hazırladıqları kiçik tamaşalarla yanaşı “Təbəssüm” rəqs qrupunun üzvləri rəngarəng geyimlərdə Azərbaycan və  müxtəlif dünya xalqlarının rəqslərini nümayiş etdirib, mahnılar ifa etdilər.
Həmçinin, yekun hesabat konsertində “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin tədris ili ərzində keçirtdiyi  möhtəşəm tədbirlər, müsabiqələr və beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edən uşaqların əldə etdikləri nailiyyətlər barədə məlumatlar verildi.
Bununla yanaşı Mərkəzin gənc istedadlı dərnək üzvlərinin çəkdikləri rəsm işlərindən ibarət əsərlərin sərgisi nümayiş etdirildi.
Hesabat konsertində Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, Elm və Təhsil Nazirliyinin əməkdaşları Əbdüləli Mürsəlov, Suğra Babayeva, Xətai rayon YAP təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili şöbəsinin sektor müdiri Günay Qurbanova  və digər qonaqlar iştirak etdi.

Rüstəm Fərman

Best coffeeshop in Berlin