Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fidan Əhmədova: 

Yaxşı adı saxlamaq qazanmaqdan daha çətindir

İllər boyu məktəb üçün çəkdiyim zəhmətləri diqqətdə saxladığı üçün məktəbimizin direktoru Elşad Sultanov müəllimə çox təşəkkür edirəm. Təriflənmək, tərifnamə almaq mənim nəzərimdə məsuliyyətimin üzərinə məsuliyyət gətirmək deməkdir. Bundan sonra daha da məsuliyyətli daha da zəhmətkeş olmaq deməkdir. Yaxşı ad qazanmaq, hörmət qazanmaq çətindir. Addım addım, saniyə saniyə irəliləyirsən.

Yaxşı adı saxlamaq isə, qazanmaqdan daha çətindir.

Bu, eyniylə dağa çıxmağa oxşayır. Yüksəldikcə, bizi aşağı çəkən qüvvə(lər)nin bizə qarşı gördüyü iş daha da artır. (potensial enerji E=mgh)

Buna görə də bizdən hər addımda daha böyük enerji tələb olunur ki, bizi aşağı çəkən qüvvənin işinə qarşı iş qoyaq ortaya.

Tərifnamə, dəyərləndirilmə bizi hansı yüksəklikdə, hansı hündürlükdə olduğumuzu bildirən "civəli manometr"dir. Ona görə də mən təriflənəndə, işimə qarşı olan məsuliyyət hissim daha da artır.

Bir daha təşəkkür edirəm.

Best coffeeshop in Berlin