Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sanksiyalar rusiyalı milyarderlər üçün maneə deyil

Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan "Bloomberg Billionaires Index"ə görə, Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən bəri 18,1 milyard dollar artıb.

Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest"in səhmdarı Əlişir Usmanov ilin əvvəlindən bəri 5,32 milyard dollar qazanaraq sərvətini 18,5 milyard dollara çatdırıb. Ural Mədən və Metallurgiya Şirkətinin təsisçisi İsgəndər Mahmudovun sərvəti 4,43 milyard dollar artaraq 7,56 milyard dollara çatıb.

"Telegram"ın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən bəri 2,44 milyard dollar qazanaraq sərvətini 13,4 milyard dollara çatdırıb. Wildberries-in təsisçisi və RVB-nin baş direktoru Tatyana Kim 654 milyon dollar qazanaraq sərvətini 8,03 milyard dollara çatdırıb.

"Novolipetsk Steel" şirkətinin Direktorlar Şurasının sədri Vladimir Lisin ən böyük itkini yaşayıb, sərvəti 3,07 milyard dollar azalaraq 22,8 milyard dollara düşüb.

Best coffeeshop in Berlin