Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Araz-Naxçıvan" sabah səfərdə "Benfika"ya qarşı revanş matçına çıxacaq 

Sabah futzal üzrə UEFA Çempionlar Liqasınin 1/8 mərhələsinin cavab oyunları keçiriləcək. Bu turnirdə Azərbaycanı təmsil edən "Araz-Naxcivan" klubu Lissabonda (Portuqaliya) yerli "Benfika"nin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Qeyd edək ki, bu oyun qarşısında revanş məqsədi qoyulan Naxçıvan təmsilçisi üçün çox çətin olacaq. 

Xatırladaq ki, noyabrın 24-də Bakı İdman Sarayında baş tutan ilk oyunda "Benfika" darmadağın hesablı qələbə qazanıb (0:9). 

Azərbaycan çempionu növbəti mərhələyə adlamaq üçün rəqibini mütləq 10 top fərqi ilə məğlub etməlidir. Əks halda turnirlə vidalaşmalı olacaq. Futbol və futzal hər zaman sürprizlərlə dolu olduğu üçün çempionumuzun da cavab matçında sürpriz edəcəyinə və Bakıda məyus etdiyi azarkeşlərini sevindirəcəyinə inanır və ümid edirik. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin