Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə “3 Dekabr – Beynəlxalq Əlillər Günü” qeyd olundu +FOTO=34

Dekabrın 3-də Ağcabədi Rayonİcra Hakimiyyətinin təşkilatçılığı ilə “3 Dekabr – Beynəlxalq Əlillər Günü” nə həsr olunmuş tədbir keçirilib. Tədbir Ağcabədi Regional “ASAN Xidmət”  Mərkəzində baş tutub.
Azpress.AZ-ın bölgə müxbiri xəbər verir ki,  əlliyədək sağlamlıq imkanları məhdud olan şəxslər və müharibə əlillərinin iştirak etdiyi  tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.  Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi  1  dəqiqəlik sükutla yad edilib.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov məruzə ilə çıxış edib. Daha sonra rayon icra hakimiyyətinin əməkdaşı, sağlamlıq imkanları məhdud olan Aygün Qasımılı, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, I qrup Qarabağ  müharibəsi əlili Ramil Nağıyev, azyaşlı  daun sindiromlu  olan Amin İbrahimlinin  babası Mais İbrahimov  və digərləri çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, fiziki məhdudiyətli şəxslər də  hər kəs kimi təhsil almaq, işləmək, yaradıcılıqla məşğul olmaq və ictimai tədbirlərdə iştirak etmək haqqına sahibdirlər. Cəmiyyət olaraq biz onların qarşısındakı fiziki və sosial baryerləri aradan qaldırmalı, onları dəstəkləməliyik. Əsas məqsəd, fiziki məhdudiyyətləri olan şəxslərin passiv deyil, fəal və müstəqil həyat tərzi sürmələrini təmin etməkdir.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. Rayon rəhbəri əlillərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlərə toxunub, onların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, fiziki məhdudiyyətli şəxslərin evə qapanmaması və cəmiyyətə aktiv şəkildə qoşulması olduqca vacibdir. Onların sosial həyatda iştirak etməsi həm özlərini faydalı hiss etmələrinə, həm də cəmiyyətin daha inklüziv və bərabərhüquqlu olmasına xidmət edir.
Çay süfrəsi arxasında davam edən tədbir səmimi anlar yadda qalıb.
Yekunda xatirə şəkilləri çəkdirilib.

Fotolar: Mais İbrahimov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+994503585041

Best coffeeshop in Berlin