Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçıların rapid və blits üzrə ölkə çempionatı başlayıb

Noyabrın 4-də Respublika Şahmat Mərkəzində kişi və qadınlar arasında şahmatın rapid və blits növü üzrə Azərbaycan çempionatına start verilib. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və mükafat fondu 10 min manat təşkil edən bu çempionatda 32 kişi, 20 qadın şahmatçı mübarizə aparır. Hər iki yarış İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarətdir. Qeyd edək ki, 4-6 dekabr günlərində rapid, 7 dekabrda isə blits yarışları keçiriləcək.

Reqlamentə görə çempionatda həm kişilər, həm də qadınlar arasında ilk üç yeri tutan şahmatçılar qiymətli hədiyyələrlə yanaşı, həm də dünya çempionatına vəsiqə qazanacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin