Basketbolçu qızlardan ibarət U-16 millimiz Minsk turnirinə qələbə ilə başlayıb
Noyabrın 5-də Belarusun paytaxtı Minsk şəhərində 16 yaşlı (U-16) oğlan və qızlar arasında basketbol üzrə ənənəvi beynəlxalq turnirə start verilib.
Qeyd edək ki, Vladimir Rijenkovun xatirəsinə həsr olunan və sayca 18-ci dəfə keçirilən bu turnirdə Azərbaycan həm oğlan, həm də qızlardan ibarət yığma ilə təmsil olunur. Qızlardan ibarət yığma komandamız artıq ilk görüşünü keçirib. Meydan sahibi ilə qarşılaşan millimiz meydanı qalıb durumda tərk edib - 65:61 (12:31, 18:13, 19:10, 16:7). Hissələrdən də göründüyü kimi, ilk hissədə meydan sahibləri, sözün əsil mənasında meydanda "at oynadiblar" (12:31). İkinci hissədə xarakter göstərən millimiz təşəbbüsü ələ almağı bacarib. Qalan hissələrdə də təşəbbüsü əldən verməyən U-16-miz geri dönüş edərək qələbə qazanıb.
İNTİQAM Məmmədov


