Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xətai Sənət Mərkəzində rəssam-pedaqoq Afaq Həbibinin fərdi yaradıcılıq sərgisi açıldı +FOTO=43

Azərbaycan Rəssamlar İttrifaqının üzvü, rəssam-pedaqoq Afaq Həbibinin “HARMONIYA” adlı fərdi yaradıcılıq sərgisinin açılışı 5 dekabr saat 17:00 Xətai Sənət Mərkəzində baş tutdu.

Sərgini giriş sözü ilə xalq rəssamı, professor Arif Hüseynov açaraq Afaq xanımın yaradıcılığından və bir müəllimi kimi pedoqoji fəaliyyətindən danışdı.

Söz alan Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Rəssam Nəvai Mətin, Media və Araşdırmalar mərkəzinin direktoru Çingiz Qurbanoğlu, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının təsviri sənət şöbəsinin müdiri Kəmalə Kərimova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADRA-nın dosenti Samir Sadıqov ,Xətai Sənət Mərkəzinin müəllimi Gündüz Həbibov, həmçinin, rəssam-pedaqoqun iş yoldaşları və rəssamı sevən dostları öz ürək arzularını bölüşdülər.

Sərgidə rəssamın yaradıcılıq fəaliyyətinin son 10 ilində ərsəyə gətirdiyi müxtəlif mövzulu rəngkarlıq və qrafik janrında əsərləri nümayiş olunub.

Nəzərinizə çatdıraq ki, Afaq xanımın tələbələri mütamadi olaraq ölkəmizdə və xaricdə düzənlənən müxtəlif yaradıcılıq tədbirlərinin iştirakçısı olmuş, həmçinin, rəssam vaxtaşırı tələbələri ilə qrup sərgiləri təşkil etmişdir. 

Afaq xanım bir rəssam kimi də istər ölkəmizdə, istərsə də xaricdə Azərbaycanın milli dəyərlərini tərənnüm etdirən əsərləri ilə sərgi və festivalların iştirakçısı olmuşdur.

Fotolar: Mahir Əhmədov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+99450 554 34 23

Best coffeeshop in Berlin